Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu” layihəsinin icrasına başlayıb. İyulun 26-da “Səs” qəzetinin ofisində layihənin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, HDİM sədri İlham Əliyev problemin aktuallığından, layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına və azadlıqlarına malikdir: “Bu hüquqlara qarşı çıxmaq və ya onu pozmaq yolverilməzdir. Amma cox təəssüflər olsun ki, bu gün dünyada baş verən ictimai-siyasi təlatümlər, müasir dövrün yenilikləri, fərqli ailə modelinin formalaşması Azərbaycan ailələrinə də təsirsiz ötüşməyib. Bəzi Azərbaycan ailələrində tez-tez zorakılıq hallarına rast gəlinir. Təbii ki, zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır”.
Layihə rəhbəri qeyd edib ki, 3 aylıq layihə çərçivəsində Bakı, Şirvan, Xaçmaz və İsmayıllı şəhərlərində dəyirmi masalar təşkil olunacaq, ailədaxili problemləri yaradan səbəblər və çıxış yolları ziyalılar, media mənsubları, yerli ictimai rəy liderlərinin, nüfuzlu ağsaqqalların iştirakı ilə müzakirəyə çıxarılacaq. Layihənin ideyasının reallaşması yeniyetmə və gənclər, valideynlər arasında maarifləndirmə işində effektiv nəticələr əldə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB