“Yaradıcı şəxslər və yaradıcı birliklər haqqında” qanun qəbul olunacaq
"Azərbaycanda "Yaradıcı şəxslər və yaradıcı birliklər haqqında" qanunun qəbul olunmasının zamanı yetişib". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. N.Cəfərov qeyd edib ki, artıq yaradıcı şəxslərin də müəyyən statusa malik olması vaxtıdır və qeyd olunan qanun qəbul olunarsa bu sahədə bütün məsələlər tənzimlənəcək. "Vaxtilə 2007-ci ildə belə bir qanun layihəsi hazırlandı. Lakin o vaxt parlamentdə birinci oxunuşda müzakirə olunsa da ikinci oxunuşda müzakirəyə çıxarılmadı. Görünür, o vaxt cəmiyyətdə o qədər buna ehtiyac olmayıb. Lakin nəzərə alaq ki, hazırki zamanda günü-gündən yaradıcı birliklərin sayı artır və bu, mütləq hüquqi müstəvidə tənzimlənməlidir. Ölkədə QHT-lər haqqında qanun olduğu kimi, bu yaradıcı birliklər barədə də olmalıdır. Çünki hər gün neçə- neçə belə birliklər yaranır və dövlətin borclu deyil ki, hər yerindən duran yaradıcı birliyi maliyyələşdirsin",-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, bu sahədə gələcəkdə yarana biləcək mübahisəli məsələlərin belə bir qanunun yaranması ilə qarşısını almaq olar. "Böyük ehtimalla bu qanun layihəsi bu il parlamentdə müzakirəyə çıxarılacaq", -deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB