Artıq evdə oturaraq rahat iş tapmaq mümkün olacaq. Bütün işsiz şəxslər və işaxtaranlar qeydiyyata alınacaq.Özü də elektron formada..
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon idarələrində və "DOST" mərkəzlərində ölkə üzrə işsiz şəxslər ,eləcə də iş axtaranlar mərkəzləşdirilmiş qaydada qeydiyyata alınacaq. Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənovun sözlərinə görə qeydiyyata alınan şəxsə 5 iş günü müddətində münasib iş təklifi seçilərək işaxtaranın şəxsi kabinetində yerləşdiriləcək.
Bu da nəticədə işsizvə işaxtaran şəxslərin işlə təmin olunmasına şərait yaradacaq. Qeyd edək ki, İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB