Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 92-ci ildönümü qeyd edilib
Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 92-ci ildönümü ilə bağlı qəbul keçirilib. Tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Janq Zunquo Çin ordusunun yaranmasından, ordunun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb. Bildirib ki, Çin ordusu dünyada sülhün qorunmasına böyük töhfələr verib.
Azərbaycan-Çin münasibətlərinə toxunan Janq Zunquo qeyd edib ki, iki ölkə arasında əlaqələrin tarixi çox qədim dövrlərə gedib çıxır. Xalqlarımız Böyük İpək Yolu vasitəsilə ticarət əlaqələri saxlayıblar. İki ölkə arasında qurulan 27 illik diplomatik münasibətlər Azərbaycan və Çin liderləri tərəfindən daha da inkişaf etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB