Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib FOTO

Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib FOTO

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. SİA-nın verdiyi məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən qəbula yazılmış vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. Qəbulda 50-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Məcburi köçkünlərə bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik çərçivəsində həll ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə