Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri Pervez Xattaka, Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata və Ordu komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən SİA-ya məlumat verilib.

Başsağlığında deyilir:

“Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə