"Bir ay sonra VIII dəfə keçirilməsi nəzərdə tutulan Zirvə Beynəlxalq Uşaq Oyunlarının hazırlığana start veriləcək. Bütün idman növlərində olan yarışların Astara şəhərində keçirilməsi nəzərdə tutulub. Oyunlarda 30 idman növü üzrə 10 000-ə yaxın uşaq idmançının iştirakı nəzərdə tutulur". SİA-nın məlumatına görə, bu fikirləri "Zirvə İdman Klubu"nun prezidenti Tofiq Heydərov deyib.
O, əlavə edib ki, bu yarışlarımızın tam yeni və fərqli qaydalarla keçirilməsi planlaşdırılır: "50-dən artıq respublikanın klub və idman qurumlarına yarışlarda iştirak etmək üçün dəvətnamələr göndəriləcək. Bu Oyunlar uşaq idmanın inkişafına böyük təkan verəcək. "ASTARA 2020, VIII Zİrvə Beynəlxalq Uşaq Oyunları" Astaranı dünyaya bir idman və turizm şəhəri kimi tanıtmağa da xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB