Bitki yağları xörək və salatların əvəzolunmaz qidalarından sayılır. Onların keyfiyyəti kimyəvi tərkibinə və zərərsizlik göstəricilərinə görə qiymətləndirilir. SİA-nın məlumatına görə, bitki mənşəli yağların insan orqanizmi üçün faydalarını saymaqla bitməz.
Təsadüfi deyil ki, mütəxəssislər gündəlik rasionda yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər. İmmun sisteminin güclənməsində mühüm rol oynayan bitki yağlarının uzun müddət ağzı açıq qabda saxlanılması onları istifadəyə yararsız edir. Onların mövcud qaydalara uyğun saxlanılması da keyfiyyətə təsir edən əsas amillərdəndir. Bütün qida məhsulları kimi yağlar da +18 dərəcə C temperatur həddində saxlanıla bilər.
İstənilən ərzaq məhsulunu istifadə edərkən gigiyenik qaydalara əməl etmək lazımdır, çünki təmizlik sağlam qidalanmanın əsas şərtlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB