"Gənc nəslin ətraf mühitin mühafizəsində rolu" yay məktəbinin açılışı olub - VİDEO-FOTOLAR
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Gənc nəslin ətraf mühitin mühafizəsində rolu" mövzusunda keçirilən yay məktəbinin açılışı olub. SİA-nın tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rəhbər şəxsləri iştirak edib.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, ETSN müavini Firdovsi Əliyev bildirib ki, bu yaxınlarda YAP və ETSN arasında birgə fəaliyyət proqramı adlı sənəd imzalanıb: "Ümumiyyətlə, ekoloji problemlər hər zaman bəşəriyyəti narahat edir və insanların sağlamlığına mənfi təsir göstərir. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk yaranan qurum ETSN olub. Nazirlikdə YAP-ın 5 mindən artıq üzvü var. Onların əksəriyyəti gənclərdir. Bildiyiniz kimi YAP-ın 700 mininci üzvlərinin sayına uyğun olaraq ETSN ilə birlikdə 700 min ağac əkildi və bu aksiya uğurla başa çatdı. YAP ölkədə baş verən bütün proseslərdə avanqard qüvvədir".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək bildirib ki, gənclər "Yay məktəbi"nə qatılmaqla ətraf mühitlə yaxından tanış olacaqlar: "Bu gün əldə olunan nailiyyətləri gələcək nəsillərə ziyan verməmək şəkildə ötürməliyik. Meşələrimizi və torpaqlarımızı qorumalıyıq. Azərbaycanın hər qarışı gözəldir. Biz ekologiyadan tutmuş hər sahədə fədakar olmalıyıq".
Daha sonra Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və "Ekosfera" ictimai birliyinin sədri Firuzə Sultanzadə "Ətraf mühitin və təbii sərvətlərin mühafizəsi sahəsində maarifləndirçə tədbirləri və bu sahədə gənclərin rolu" mövzusunda çıxış ediblər.
Qeyd edək ki, "Yay məktəbi" 5 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB