Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.
SİA xəbər verir ki, heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.
Hazırda heyət üzvləri DSX-nin Hərbi Hospitalının həkimləri tərəfindən müayinə edilir.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yüksək vəzifəli əməkdaşı da Bakı Limanında olub.
İranın qəzaya uğrayan gəmisinin kapitanı Vikaşi Barlayın xilasetmə tədbirlərinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, İranın İSNA agentliyinin verdiyi məlumata görə, batan gəmi İran İslam Respublikası Gəmiçilik Donanmasına aid deyil. Əlavə edilib ki, sözügedən gəmi İranın özəl sektoruna aiddir. Eyni zamanda bildirilib ki, ekipaj üzvlərindən 7 nəfəri İran vətəndaşı, 2 nəfəri isə Hindistan vətəndaşıdır.
Əlavə edək ki, dünən saat 14:10–da İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB