Bakı şəhəri Narkoloji Dispanserində qeydiyyatda olan 9595 nəfər narkomanın 70%-i 18-35 yaş arası gənclərdir
Hazırda Bakı şəhəri Narkoloji Dispanserində paytaxtın 11 rayonu üzrə 9595 nəfər qeydiyyatdadır. Bu barədə SİA-ya açıqlamasında dispanserin baş narkoloqu Lyüdmila Cəfərova məlumat verib. O bildirib ki, qeydiyyatda olanlar arasında kişilər çoxluq təşkil edir. Onun sözlərinə görə, qeydiyyatda olan narkomanların 320 nəfəri qadın, 80 nəfəri isə toksikomdur.
"Dispanserdə müalicə olunanların 70%-i 18-35 yaş arası gənclərdir. Narkomanların dispanserdə müalicəsi üçün bütün dərmanlar dövlət tərəfindən verilir. Ancaq bununla yanaşı hazırda dərmanların sayında müəyyən çatışmazlıqlar var və bu da xəstələrin müalicəsində müəyyən problemlərə gətirib çıxarır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB