Yaponlar “ASAN xidmət” mərkəzi ilə tanış olublar

Yaponlar “ASAN xidmət” mərkəzi ilə tanış olublar

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Yaponiyanın Daxili İşlər və Rabitə Nazirinin müavini Hideo Ohnişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verilib. Eyni zamanda, “ASAN xidmət” modelinin Yaponiyada tətbiqi məsələlərinin araşdırılması üçün əməkdaşlıq qurulması qərarına gəlinib. Qonaqlara “MyGov” konsepsiyası barədə də geniş məlumat verilib.

Bildirilib ki, Azərbaycan bu il keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına, “ASAN xidmət” isə 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

Qonaq, həmçinin “ASAN xidmət” mərkəzi, “ASAN Radio” və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəliyyəti ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə