Şahin Əmirxanov: “Azərbaycan dövləti qüdrətləndikcə Dağlıq Qarabağdankı separatçı erməni qüvvələri orada tab gətirə bilməyəcəklər” - MÜSAHİBƏ
Ümumrusiya Azərbaycanlıları Konqresinin Şimali Qafqaz Federal Dairəsinin nümayəndəsi Şahin Əmirxanovun SİA-ya müsahibəsi:
- Sizin təşkilat neçə ildir, fəaliyyət göstərir və onun məqsəd, vəzifələri nədən ibarətdir?
- Təşkilatımızı artıq 5 ildir ki, Şimali Qafqazda fəaliyyət göstərir. Orada əvvəl türkdilli xalqların mədəniyyət mərkəzini yaratmışdıq, sonra isə Ümumrusiya Azərbaycanlıları Konqresini təşkil etdik. Təşkilatın məqsədi və vəzifəsi Şimali Qafqazda yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, Azərbaycan mədəniyyəti günlərini keçirmək, ölkəmizi tərənnüm etməkdir. İşimiz bunlardan ibarətdir. Şimali Qafqazdakı bütün rəhbərləri, sədrləri mən təyin edirəm.
- Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporları ölkəmizi təbliğ etmək, azərbaycanlıların müdafiəsi istiqamətində hansı işlər görürlər?
- Nizamlama proqramından irəli gələn, Rusiyanın bütün qanunlarına hörmətlə yanaşaraq orada yaşayan azərbaycanlıların hüquqlarını qoruyuruq. Bundan əlavə, mədəniyyət günləri keçirir, dövlət orqanları ilə daim əlaqədə oluruq. Ölkəmizdə qeyd olunan bütün bayramları orada təşkil edirik. Ancaq öncədən dövlət orqanlarına, prezidentə müraciət olunur. Məktuba cavab verildiyi halda tədbir keçirilir və mətbuatda işıqlandırılır. Bütün bayramlarda azərbaycanlılar birlikdə olur, hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılır, həmçinin onların keçirdikləri bayramlarda və tor mərasimlərində iştirak edirik. Azərbaycan-Rusiya dostluğunun daimi olması üçün mütəmadi olaraq çalışırıq.
- Şimali qafqazlıların azərbaycanlılara münasibəti necədir?
- Şimali Qafqazda ancaq Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət göstərir. Şimali Qafqaz Dağıstan, Çeçenistan, İnquşetiya, Nalçik, Petiqorski-bir sözlə Qaraca Çərkəzdən Vladiqafqaza kimi geniş bir ərazini əhatə edir. Bu ərazilərdə müxtəlif təbəqələri əhatə edən azərbaycanlılar yaşayır. Bunların bir qismi Rusiya vətəndaşı olan azərbaycanlılardır, digərləri isə miqrantlardır. Onlar 3 aylıq qeydiyyatla işləyənlərdir. Bunların arasında sexdə işləyənlər, ticarətdə məşğul olanlar, müəyyən dövlət strukturlarında çalışanlar var. Müxtəlif təbəqələri əhatə edən azərbaycanlılar var. Rusiyada belə bir qayda var ki, əgər bir millətin təşkilatı varsa, o, daim bir yerə yığışırsa, tədbirlərdə iştirak edirsə, deməli bu millət sivil millətlər səviyyəsinə gəlib çıxır. Onlar üçün Azərbaycan çox maraqlıdır. Çünki buradakı sivilizasiyaları görür və Azərbaycana maraq göstərirlər. Buradan materiallar, Moskvadakı diasporunun çap etdiyi jurnallar, bizim davranışımız hər zaman onların diqqətində olur.
- Şimali Qafqazda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən nə dərəcədə xəbərdardır və onlar buna nə dərəcədə dəstəkdirlər?
- Əgər onların bizə münasibətləri yüksəkdirsə və ya bizlə daima ünsiyyətdədirlərsə, deməli bizim bütün dərdimizə şərikdirlər. Belə olmasaydı, onlar bizimlə heç əlaqə saxlamaq istəməzdilər. Müstəqil dövlətin qurucusu olan Heydər Əliyevin siyasəti, onun layiqli davamçısı İlham Əliyevin gördüyü işlər barədə məlumatlar veririk. Onlar artıq bizə baza kimi baxırlar. Həm siyasət öyrənmək istəyir, həm də Azərbaycanda gedən quruculuq işləri onlar üçün vacibdir.
- Dağlıq Qarabağ münaqişəsi probleminin dünyaya çatdırılmasında görülən işləri qaneedici hesab etmək olarmı?
- Azərbaycan bu gün sürətlə inkişaf edir. Azərbaycan dövlətinin silahı bizim dövlətin silahi həyata keçirilən layihələrdir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün zəmimdir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olması üçün biz daim çalışırıq. Prezidentin keçirdiyi görüşlər, səsləndiyi fikirlər ondan ibarətdir ki, Azərbaycan bir qarış da torpaqlarını düşmənə verməyəcək. Azərbaycan dövləti qüdrətləndikcə Dağlıq Qarabağdan separatçı erməni qüvvələri orada tab gətirə bilməyəcək. Artıq Azərbaycan Avropaya inteqrasiya edir. Göstəricilər göz qabağındadır. Bütün bu müsbət göstəricilər Azərbaycandan kənarda daha aydın görünür. Daxilə nisbətən xaricdə daha yaxsi görünür ki, Azərbaycan son illər hansı sürətdə irəli gedir. Azərbaycanın sürətlə inkişafının qarşısında ermənilər elə bir vəziyyətdə qalacaqlar ki, onların özləri münaqişənin həllində təslim olacaqlar. Bunu bizim üçün problem qoyublar, amma bu belə deyil. Bu bizim müstəqilliyimizin qabağa getməsidir.
Şimali Qafqazdakı rəhbərliklərlə daima əlaqə saxlayırıq. Bizim onlara isti münasibətimiz onlar tərəfindən də qarşılıqlı münasibətlərə gətirib çıxarır. Onlar da müsəlman dövlətlər kimi bu məsələnin həllində bizə dəstək olduqlarını deyirlər. İndi azərbaycanlılara ali bir millət kimi baxırlar. Qabaq fikirləşirdik ki, azərbaycanlılar ancaq alver üçün yaranıb. Artıq son illər bizlər haqqında çox yüksək səviyyədə fikirlər səsləndirirlər.
- Gələcək planlarınız nədən ibarətdir?
Mart ayında Novruz bayramını geniş şəkildə keçiriləcək. Burada Qafqaz ölkələrinin rəhbərləri, vətəndaşları dəvət olunacaq. Yanvarın 25-də geniş konsert proqramı təşkil ediləcək. Ancaq yanvarın 24-də Rusiya aeroportunda baş verən faciədən sonra proqram konsertsiz baş tutdu. Ancaq həmin tədbirdə "Terrora yox" adlı imzalar toplandı. Həmin tədbirdə bizim bir təklifimiz qəbul oldu. 1 km yaxın olan küçəyə Heydər Əliyev adının verilməsi təklifimiz müsbət qarşılanaraq qəbul olundu. Həmin küçənin sonunda yerləşən parka isə Heydər Əliyev parkının verilməsi məsələsi hazırda müzakirə olunur. Bu küçənin və parkın verilməsi prosesi qəhrəman Maqdabeq şəhərində baş tutacaq. Bu səhərin 60 minlik əhalisi var. Burada 3 azərbaycanlı diviziyası döyüşüb. Bir sözlə, bu şəhərdə küçəyə və parka Heydər Əliyevin adının verilməsi və bu işlərin tam olaraq 1 il ərzində başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB