“Azərbaycan bizim Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşımızdır"

“Azərbaycan bizim Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşımızdır"

"Almaniya Azərbaycanla dialoqu genişləndirməyə səy göstərir." Report xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Volfqanq Maniq bildirib.

“Azərbaycan bizim Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşımızdır. Biz, məsələn, bərpa olunan enerji mənbələri, peşə təhsili və s. sahələrdə əməkdaşlıq edə bilərik”, - deyə videobağlantı zamanı bildirən diplomat əvvəllər də işlə bağlı Azərbaycana səfər etdiyini, ölkənin heyrətamiz dərəcədə dinamik inkişafa nail olduğunu dilə gətirib: “Bakı artıq qara neft şəhəri yox, gənc, tərəqqiyə can atan meqapolisdir”. Humanitar əlaqələrə də toxunan səfir bu gün Almaniya ali məktəblərində 1400-dək azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə