Ağsu rayonunun dağlıq ərazisində yanğın baş verib

Ağsu rayonunun dağlıq ərazisində yanğın baş verib

Bu gün gündüz saat 11 radələrində Ağsu şəhərindən 20 kilometr şərqdə Ləngəbiz sıra dağlarında (bu əraziyə Keçdəməz dağı da deyilir) yanğın baş verib. Yanğın rayonun Keçdəməz kəndinin şimal dağlıq ərazisində, kol-kos sahəsindədir.

Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, hadisədən dərhal sonra yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda ərazidə 15 nəfər canlı qüvvə və 3 yanğınsöndürən maşın alovla mübarizə aparır. Qonşu Şamaxı rayon yanğından mühafizə hissəsindən də kömək çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə