"Global Firepauer" təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. SİA xəbər verir ki, Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.
Azərbaycanın əksinə olaraq isə Ermənistan reytinq cədvəlində 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, yeni reytinq cədvəlində birinci yeri ABŞ, ikinci yeri Rusiya tutur. İlk üçlüyü Çin ordusu tamamlayır. Türkiyə siyahıda doqquzuncu, İran 14, Gürcüstan isə 85-cidir.
Reytinqdən də göründüyü kimi Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu olmaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB