"Bu, xalq təbabətində müxtəlif xəstəliklərin çarəsidir" - ÖZƏL

"Bu, xalq təbabətində müxtəlif xəstəliklərin çarəsidir" - ÖZƏL

"Limon və onun şirəsi qaraciyərin və digər orqanların işinə müsbət təsir göstərir. Xalq təbabətində limon müxtəlif xəstəliklərin çarəsi hesab olunur. Buna görə də müxtəlif dərman vasitələrinin hazırlanması zamanı immuniteti artırmaq, mədə və qaraciyər xəstəliklərini aradan qaldırmaq üçün çox vaxt limon cövhərindən istifadə edirlər". SİA-nın məlumatına görə, bu fikirləri həkim İradə Məhərrəmova bildirib.

O, qeyd edib ki, limonun tərkibindəki vitaminlər və minerallar orqanizmin infeksiyalara qarşı müqavimət qabiliyyətini artırmaq üçün immuniteti bərpa edir: "Limon toksinləri və xolesterini xaric edir, qaraciyərdə mübadilə proseslərini sürətləndirir. Limon şirəsi qaraciyərdə mürəkkəb zülalları parçalayan fermentlər yaradır. Limon qanı durulaşdırır, qaraciyərin işində nasazlıq yarandıqda qan laxtalanır və tromblar yaranır. Mütəxəssislər limonu ət və balıq xörəklərinə ətirli ədva kimi limon qatmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə