Türkiyənin Azərbaycana açılan qapısı olan İğdırda son 10 ildə azərbaycanlı qadınlarla evlənənlərin sayı hər keçən gün artır. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Dilucu-Sədərək sərhəd keçid məntəqəsinin 1992-ci ildə açılmasından bu yana iki ölkə arasında yalnız iqtisadi və siyasi sahədə inkişaf nəzərə çarpmır, həmçinin evlilik nisbətləri də getdikcə artır.
"Anadolu" agentliyinin əldə etdiyi məlumata görə, son 10 il ərzində İğdırda yaşayan vətəndaşların istər Naxçıvan, istərsə də Azərbaycanın digər bölgələrindən olan evliliklərin sayı 750-dən çoxdur. 2002-ci ilin məlumatına görə, Türkiyə daxilində 1081 azərbaycanlı qadınla evlilik baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB