Ziya Bünyadov prospektində daha bir yol qəzası - Tıxac yarandı

Bakıda daha bir yol qəzası baş verib. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, hadisə bu dəqiqələrdə paytaxtın Ziya Bünyadov prospektindən Koroğlu m/st-sı istiqamətində (Çerment körpüsünün üstü) baş verib.

Qəza səbəbindən hadisənin baş verdiyi hər iki istiqamətdə sıxlıq müşahidə olunduğu qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə