Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb. SİA-nın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib. O.Məmmədov sağlam ağacların da küləyin təsirindən aşdığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB