Siyasi məfkurəsiz yaşanmaz! - Oktay Hacımusalının olaylara baxışı

Siyasi məfkurəsiz yaşanmaz! - Oktay Hacımusalının olaylara baxışı

“Trampın bu açıqlamaları təbii ki, Türkiyə tərəfini həm rahatladıb, həm də əlini gücləndirib”. Bu sözləri “Yeni Akit” qəzeti Ankara xəbər müdürü, araşdırmaçı – yazar Muhammet Kutlu siyasi mefkure bloquna verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump, Yaponiyanın Osaka şəhərinde keçirilən G-20 zirvə toplantisinda görüşdüyü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında günalarını yumağa çalışırdı: “Hər nə qədər Trampın prezident seçildikdən sonra yeritdiyi siyasət və verdiyi açıqlamalar bizə bir qədər səbrli olmağı aşılasa da, bizcə Tramp Osakada ağıllı olmağa daha çox üstünlük verib. Türkiyəyə “Patriot” raketlərnin Obama dövründən etibarən satışında müəyyən problemlərin olduğunu, buna görə də Türkiyənin də haqlı olaraq “S-400” almaq məcburiyyətində qaldığını etiraf edərək haqqımızı təslim edib. Bununla yanaşı “F-35” qırıcı təyyarələri məsələsində də pulunu ödəyən və layihə ortağı olan bir ölkənin qırıcı təyyarlərini ala bilməməsinin düzgün olmadığı ilə bağlı fikir bildirib və yenə də həqiqəti dilə gətirib. Trampın bu açıqlamaları təbii ki, Türkiyə tərəfini həm rahatladıb, həm də əlini gücləndirib. Bu açıqlamalardan sonra Türkiyə Trampdan Türkiyəyə qarşı sanksiya qərarının geri götürülməsi ilə bağlı Konqressə təzyiq etməsini də gözləyəcək. Ayrıca pulunu ödədiyi “F-35” qırıcılarının təslim edilməsi ilə bağlı israr edəcək.

Bu arada, Trampın ehtimal olunan ABŞ-İran qarşıdurmasından öncə Türkiyəni yanında görmək məqsədi ilə bu açıqlamaları verdiyini demək də olar, ayrıca sözün düzünü deyən bir iş adamı kimi ondan belə incə diplomatik mesajlar vermək üçün bu cür uzun cümlə qurmağını gözləməyin səhv olduğunu xatırlatmaq istərdim. Müsbət düşünmək və “Tramp, Türkiyənin “S-400” ilə bağlı ləyaqətli və eyni zamanda qərarlı mövqeyinə görə ağılla hərəkət etməyi üstün tutub və NATO müttəfiqinin könlünü almaq istəyib” – fikri ilə çıxış etməyi üstün tuturam”.

Bütün xəbərlər Facebook səhifəmizdə