YAP-ın gənc fəalı: “Yay məktəbi” çox effektiv bir layihədir

“Artıq bir neçə gündür ki, YAP-ın gəncləri “Relax” istirahət mərkəzində həm istirahət edir, həm də respublikanın müxtəlif rayonlarından olan partiyanın fəalları ilə ünsiyyət qurur, seminarlarda müxtəlif mövzularda müzakirələr aparırlar. “Yay məktəbi” gənclərin bilik və bacarıqlarının artırılması baxımından çox effektiv bir layihədir. Biz burada müxtəlif mövzularda fikir mübadiləsi aparır, təkliflər verir və suallarımıza cavab tapırıq”. Bu fikirləri YAP-ın“Yay məktəbi” layihəsinin iştirakçısı YAP-ın gənc fəalı Fərəh Məcidzadə səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə