Leykozdan əziyyət çəkən uşaqların sayı 192 nəfərdir və onların sağalma ehtimalı 95%-dir
Fevralın 15-i bütün dünyada xərçəngə tutulmuş uşaqların Beynəlxalq günü kimi qeyd olunur. Bu gün ictimaiyyəti və dövlət strukturlarının bu problemin həllinə dair diqqətini cəlb etmək üçün dünyanın 120-dən ölkəsində qeyd olunur. Azərbaycanda da bütün dünyada xərçəngə tutulmuş uşaqların Beynəlxalq günü münasibətilə Leykemiya ilə mübarizə İB-nin təşkilatçılığı ilə tədbir keçiriləcək. Bu barədə SİA-ya İB-in direktoru Mehriban Bağırova məlumat verib. O bildirib ki, Azərbaycanda 15 fevral-xərçəngə tutulmuş uşaqların Beynəlxalq günü ilk dəfə ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilir. Xərçəngə tutulmuş uşaqların taleyi ilə nəinki onların valideynləri və ailə üzvləri, habelə bütövlüklə ictimaiyyətin ayrı-ayrı üzvlərinin maraqlandığını deyən birliyin direktorunun sözlərinə görə, dərman preparatlarının alınmasında, xaricdə müalicənin təminində, kommunal problemlərinin həllində 58 uşağa, internet vasitəsi ilə 30-a yaxın vətəndaşlarımıza maddi yardım göstərib.
"Leykemiya qan xərçəngi deməkdir və Leykemiya ilə mübarizə İctimai Birliyinin qeydiyyatında olan bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı 192 nəfərdir. İnkişaf etmiş ölkələrdə leykozlu uşaqların sağalma ehtimalı 95%-dir. Bu da o deməkdir ki, leykemiya hökm deyil. Azərbaycanda bu gün ilə bağlı fevralın 14-də leykemiya xəstəliyi haqqında həkimlər və valideynlər arasında fikir və təcrübə mübadiləsinin aparılması məqsədi ilə tədbir keçiriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB