Milli Məclisin bu günki iclasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov gənclərin, gənc ailələrin sosial müdafiəsi ilə bağlı məsələlərə toxunub. Millət vəkili bildirib ki, hələ 2008-ci ildə "Dövlət gənclər siyasəti haqqında" qanuna dəyişiklik edilib. Onun sözlərinə görə, buna baxmayaraq gənclərin inkişafının dəstəklənməsi baxımından yeni dəyişikliklərə ehtiyac var. F. Muradov vurğulayıb ki, həmin qanunla gənclərin inkişafına dəstək fondu yaradılmalıdır.
O söyləyib ki, belə bir fondun yaradılması gənclərin inkişafına ciddi dəstək ola bilər. Bununla bağlı təkliflər hazırladığını dilə gətirən millət vəkili gənc ailələrin sosial müdafiəsi haqqında da qanun layihəsinin hazırlanmasını vacibliyini qeyd edib.
F.Muradov müvafiq dövlət qurumlarında mənzil növbələrinin hansı əsasla formalaşmasına və bu sahədə şəffaflığın qorunmasının vacibliyinə toxunub: "Bilinməlidir, kimə nə vaxt növbə çatır, necə çatır".
Bütün xəbərlər Facebook səhifəmizdə