Gəncə hadisələrində qətlə yetirilən polis əməkdaşları ildönümündə yad edilib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, anım mərasimində Daxili İşlər Nazirliyinin rəsmiləri, Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi, Gəncə şəhər İcra Hakimiyyəti başçısı, dünyasını dəyişən şəxslərin yaxınları iştirak edib.
Anım mərasimində hər iki polisin yaxınlarına, xüsusi ilə övladlarına baş sağlığı verilib. Daha sonra ehsan süfrəsi açılıb. Bildirək ki, polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytinantı Səməd Abbasov 1 il bundan öncə şəhərin mərkəzi meydanında bir qurup şəxslər tərəfindən hazırlanan ixtişaşın qarşısını alarkən hücuma məruz qalaraq şəhid olublar.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB