Səbail rayon İcra Hakimiyyətində narkotiklərlə mübarizə sahəsində görülən işlər müzakirə olunub-TƏDBİR
Bu gün Səbail rayon İcra Hakimiyyətində ötən il narkotiklərlə mübarizə sahəsində görülən işlərin yekununa həsr olunan konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Səbail RİH başçısının müavini Qəzənfər Novruzov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə üzrə" və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə" rayon Komissiyalarının üzvləri, Rayon Polis İdarəsi və bölmələrin polis sahə müvəkkilləri, orta məktəblərin direktorları, direktor müavinləri, psixoloqlar, ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini, Qəzənfər Novruzov Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə" rayon Komissiyasının 2010-cu il ərzində gördüyü işlər barədə hesabatla çıxış edib. O bildirib ki, narkomanlıqla bağlı məsələlər 2010-cu il ərzində rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanıb, Səbail rayonunda bir sira tədbirlər həyata keçirilib. Q.Novruzovun sözlərinə görə, 2010-cu il il ərzində narkotiklərlə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 64 cinayət faktı üzrə 8 kq 212,66 qram narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb ki, bunun da 2 kq 861,4 qramı heroin, I kq 535,7 qramı tiryək və 3 kq 815,56 qramı marixuana olub: "2010-cu il ərzində "Xaş-xaş 2010" şərti adı altında rayon Polis İdarəsi əməkdaşları tərəfindən Səbail rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi və yabanı halda yayılması faktları aşkar olunmayıb. Hazırda Bakı şəhər Narkoloji Dispanserində Səbail rayonu üzrə 436 nəfər qeydiyyatdadır. Rayonun ərazisində aptek və digər tibbi müəssisələrdə narkotik tərkibli dərman preparatlarının qanunsuz satışı faktları aşkar edilməyib. Aşkar olunmuş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr məhkəmə hökmlərindən sonra Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayon hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi komissiya tərəfindən müntəzəm olaraq məhv edilir və protokollaşdırılır. Hesabat dövründə rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri təlim-tərbiyə prosesində şagirdlərin hüquq və dini tərbiyəsi məsələlərinə, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına xüsusi diqqət ayırıb".
İcra başçısının müavini qeyd edib ki, Səbail rayonunun orta məktəblərində təhsil alan yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində aparılan işlər rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə keçirilən tədbirlərə önəm verilir. Onun sözlərinə görə, 2010-cu ildə yetkinlik yaşına çatmayanları neqativ hallara yol verməkdən çəkindirmək və cinayət yoluna düşməkdən qorumaq məqsədi ilə rayondakı təhsil müəssisələrində narkotik vasitələrin insan sağlamlığı və cəmiyyət üçün təhlükəli olması barədə müxtəlif təbliğat vasitələri yerləşdirilib.
"Rayon ərazisindəki teatr və muzeylərlə məktəb kollektivlərinin birgə işini sistemləşdirmək məqsədilə şagirdlərin muzey və teatrlara aparılması və orta məktəblərdə tamaşaların göstərilməsi, səyyar sərgilərin təşkili barədə müvafiq tapşırıqlar verilib. Narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən birinin yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə edilməsi olduğundan "Şahin" və "Marş irəli" hərbi - vətənpərvərlik idman oyunları, məktəblərin ənənəvi spartakiadası çərçivəsində idman yarışları, məktəblərarası futbol, voleybol, basketbol, stolüstü oyunlar üzrə yarışlar, intellektual oyunlar və müsabiqələrin keçirilməsinə diqqət artırılıb. Gəncləri və yetkinlik yaşına çatmayanları narkotik vasitələrindən istifadədən və digər neqativ hallara yol verməkdən çəkindirmək və cinayət yoluna düşməkdən qorumaq məqsədi ilə Səbail rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə və Yetkinlik yaşına çatmayanlann işləri və hüquqlarının müdafiəsi Komissiyalarının səyləri nəticəsində rayonun hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin, rayon Gənclər və İdman İdarəsinin əlaqəli işi təmin olunur. Tələbələr arasında tərbiyə və izahetmə işlərinə ictimaiyyət nümayəndələrinin cəlb olunmasına xüsusi fikir verilir", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev bildirib ki, ölkədə ümumbəşəri problem olan narkotiklərə qarşı mübarizə sahəsində mühüm işlər görülür. Mübarizə sahəsində Azərbaycanda dövlət komissiyası təşki edilib və burada ölkənin 19 qurumunun nümayəndələri təmsil olunur: "Dövlət Komissiyasına prezident tərəfindən qəbul edilən proqramların icrasına nəzarət tapşırılıb, o, bu istiqamətdə fəaliyyət göstərən qurumların müvafiq fəaliyyətini qiymətləndirir. Son ildə narkotik vasitələrin istehsalı azalmaqdan artıb.
Tədbirin davamında çıxış edən rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Vüqar Mürsəlov bildirib ki, 2010-cu ildə 23927 nəfər narkoman qeydiyyata alınıb. Onun sözlərinıə görə, 2011-ci ilin yanvarın 10-nə olan məlumata əsasən, 443 narkoman, 1247 nəfəri isə alkoqollu içkilərin aludəçisidir. O bildirib ki, 2010-cu il narkomanlıqla əlaqədar olaraq 260 fakt qeydə alınıb və onlardan 22-si satış, 40-ı saxlanma, 2-i isə külli miqdarda narkotik vasitələrin daşınması ilə bağlıdır.
Tədbirin davamında Səbail rayonu ərazisində yerləşən məktəblərin direktorları mövzu ətrafında çıxışlar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB