Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Ukraynanın Azərbaycandakı səfirliyi ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açacaq. Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan ərazisində olan Ukrayna vətəndaşları iyulun 21-də saat 08:00-dan 20:00-dək səs verə biləcəklər.

Səfirlik vətəndaşları adlarının bu seçki məntəqəsində olan seçici siyahısına daxil edilib-edilməməsini əvvəlcədən öyrənməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə