Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Koorporasiyasının icraçı direktoru cənab Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabr ayında keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB