Cənub bölgəsinin tanıtımı ilə bağlı infoturların təşkilinə start verildii

Cənub bölgəsinin tanıtımı ilə bağlı infoturların təşkilinə start verildii

Lənkəran Turizm İnformasiya Mərkəzi yay mövsümündə Cənub bölgəsinə gələn turistlərin bölgəyə marağını artırmaq, bölgənin turizm potensialıının tanıdılmasını təmin etmək məqsədiylə otellər və istirahət mərkəzləri ilə əməkdaşlıq və dəstək çərçivəsində infoturları davam etdirir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə turistlər üçün Masallı və Yardımlı rayonlarının turizm məkanları ilə tanışlıq təşkil olunub. Rusiya və Almaniyadan olan turistlər Masallıda müalicəvi termal sularda olub, vannalar qəbul ediblər. Masallıda olan Yanar Dağda təbiətin möcüzəsi olan yanan daşlarla tanış olan turistlər Viləşçay dəryaçasına baş çəkib, Yardımlı rayonunda möhtəşəm şəlaləyə və əsrarəngiz dağ mənzərələrinə heyran qalıblar.

TİM-in direktoru İlqar Əzimov tərəfindən turistlərə Masallı və Yardımlı rayonlarının turizm potensialı haqqında geniş məlumatlar verilib, turistlərin çoxsaylı sualları cavablandırılıb. Tur çərçivəsində Mərkəz tərəfindən turistlər üçün pulsuz olaraq peşəkar fotosessiyanın təşkili və sonda fotoların elektron variantda qonaqlara təqdim olunması təmin edilib.

Belə infoturların növbəti günlərdə Lerik, Astara, rayonlarınada təşkili nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə