Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyənin Gümüşhane bölgəsində yerləşən Dibekli kəndində kütləvi zəhərlənmə olub. SİA xəbər verir ki, mədə bulanması və qusma səbəbindən 118 nəfər xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, zəhərlənmənin mənbəyi uzaq məsafədən gətirilən içməli sudur.

Bildirilir ki, zəhərlənməyə səbəb “koliform” bakteriyasıdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə