Gender siyasətinin Uğur fəlsəfəsi: Prezident və Birinci vitse-prezident institutu

Gender siyasətinin Uğur fəlsəfəsi: Prezident və Birinci vitse-prezident institutu

Çox hörmətlimiz cənab Prezidentim!

Sevimlimiz Xanım Birinci vitse-prezidentim!

Gender – cəmiyyətdə kişi və qadınların sosial rolu və tərəfdaşlı bərabərliyidir. Bu gün Azərbaycan Prezidentlik və Vitse- prezidentlik institutu, gender strateji-siyasi xətti paradiqmasında, Xəzəryanı dövlətlər və Qafqaz regionunda ən nümunəvi göstəricidir.

Sizlər – cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz, “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin” YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib, öz sevincinizi cəmiyyətlə bölüşmüsünüz – Var olasız. Və Bizlər də - AMEA Qadın Şurası olaraq Sizləri təbrik edirik. Uğurun imzası Sizlərsiz, ünvanı inkişaf edən Azərbaycan!

Bu uğura və təbrikə Ulu Öndər Heydər Əliyevin kəlamları ilə siyasi-mədəni-mənəvi nəzər yetirək.

Ulu Öndərin “Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, ğöyçək, istedadlı balaları, övladları var” uzaqgörən fikirlərində Siz – cənab Prezident və Birinci vitse-prezidentin qarşılıqlı fəaliyyət Dialoqu və gender mədəniyyəti əks olunur.

Ulu Öndərin “Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur” – dahiyanə məntiqində dünəndən bu günə Strateji Yol gələn Prezident İlham Əliyev və Birinci vitse-prezident, Xanım Mehriban Əliyevanın “İnkişaf məqsədimizdir” tərəfdaşlığı, gender sosiosiyasi balansı vardır.

Ulu Öndərin “Siz bu günkü həyatınızla, təhsilinizlə, istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz.... daim müstəqillik içində yaşayacaq Azərbaycanın böyük binasını qurursunuz ” kəlamları da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gender iqtisadiyyatı paradiqmal itiqamətini əks etdirir.

Ulu Öndərin “Azərbaycan xalqı ...dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil” – qətiyyətli Bəyanatında Sizlərin Gender ölçülü strateji-hərbi, siyasi-beynəlxalq müstəvili yorulmaz fəaliyyəti, daxildən gələn Azərbaycançılıq milli qayəsi, Vətən təəssübkeşliyi, Ana Torpağa bağlılıq motivləri inikas olunur.

Ulu Öndərin “Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mədəniyyətini zənginləşdirir” düsturu Prezident İlham Əliyevin idarəçilik istiqamətində gender xəritəsi çərçivəsidir və dünyada Azərbaycanı tanıdan, sevdirən və beynəlxalq sənədlərdə tarixiləşdirən Prezident İlham Əliyev kursu, Xanım Mehriban Əliyeva ictimai fəaliyyət prinsipidir.

Ulu Öndərin “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” konsepsiyası Azərbaycanın ölkə Başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gender paralelliyi Dialoqunda əxz olunan Dəyərlər fəlsəfəsidir.

Balanslı xarici siyasət, beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq xətti, ölkəmizi dünya dövlətlərinin Dialoq mərkəzinə “çevrilən”, böyük humanitar, idman, musiqi tədbirlərinə Ev sahibliyi edən, uzunmüddətli Strateji Yol Xəritəsinə söykənən iqtisadi inkişafın davamlılığını təmin edən Modern Azərbaycan dünyanın tanıdığı və hesablaşdığı müstəqil hüquqi Dövlətdir. Bu təməldə ölkədə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, güclü ordunun formalaşması, milli təhlükəsizlik, işğal altında olan Dağlıq və Aran Qarabağın tarixi ərazilərimiz olması siyasi idarəetmə dividentləridir.

Hörmətli Prezidendim!

Əzizimiz Mehriban xanım!

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ərəfəsində Sizlərin Azərbaycan xalqını böyük mədəni hadisə münasibəti ilə təbrikiniz təqdirəlayiqdir. Sizlər bu əlamətdar hadisənin sevincini Xalqla bölüşürsüz, gender fəlsəfəsi nəzərindən azərbaycançılıq + vətən sevərlik + millətçilik modernliyin vəhdətdə təzahür etdirirsiz.

Var olun! Var olun ki, Yeniləşən Azərbaycanımızın Yeni Tarixinə inşallah Şuşamızın, Kəlbəcərimizin, Bütöv Qarabağımızın da adını Ümumdünya İrs Komitəsinin siyahısına salaq! Amin!

Fikrimi xanım Mehriban Əliyevanın Memar Əcəminin sözlərinə istinadən söylədiyi kəlamla bitirmək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Hörmətlə: professor, AMEA Qadın Şurasının sədri Rəna Mirzəzadə

Bütün xəbərlər Facebook səhifəmizdə