Gömrük Komitəsi ötən ay büdcəyə 331,6 milyon manat vəsait köçürüb

Gömrük Komitəsi ötən ay büdcəyə 331,6 milyon manat vəsait köçürüb

Cari ilin iyununda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 331 milyon 663 min manat olub. Komitədən SİA-ya bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 80 milyon 19 min manat, əlavə dəyər vergisi üzrə 227 milyon 727 min manat, aksizlər üzrə 20 milyon 593 min manat, yol vergisi üzrə isə 3 milyon 323 min manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə