Astarada sitrus bağları niyə quruyur?

Astarada sitrus bağları niyə quruyur?

Astarada sitrus ağacları qurumağa başlayıb. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, rayonda sakinlərin əsas gəlir yerlərindən sayılan sitrus bağlarında ağacların quruması müşahidə olunur.

Əvvəlcə ağacların budaqları, sonra yarpaq və meyvələri quruyaraq yerə tökülür. Təsərrüfatçılar bunu ağacların çiçək açan vaxt, yəni tozlanma dövründə havaların əlverişsiz keçməsi ilə əlaqələndirsə də, ağacların qurumasının əsas səbəbi bilinmir.

Təsərrüfatlarda, əsasən, naringi, kinkan ağacları daha çox zərər görüb.

Bu prosesin qarşısını almaq üçün görülən tədbirlər hələ də nəticə vermir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə