Bakıda Çinin qədim Liangzhu şəhərinin tanıtımı ilə bağlı tədbir keçirilib

Bakıda Çinin qədim Liangzhu şəhərinin tanıtımı ilə bağlı tədbir keçirilib

İyulun 6-da Bakıda Çinin qədim Liangzhu şəhərinin tanıtımı ilə bağlı tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə şəhərin tarixi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, şəhərin arxeoloji qalıqları Zhejiang əyaləti, Hangzhou şəhəri və Yuhang rayonları ərazisində yerləşir. Yantszı çayının aşağı hissəsində, Taihu gölünün ətrafında, Tianmu dağının şərq ətəyindəki çay şəbəkələri ilə dolu düzənliklərdə salınmış şəhər tarixən Çin dövlətinin güc və inanc mərkəzi olub.

Şəhərin arxeoloji qalıqları onun tarixinin eramızdan əvvəl 3300-2300-cü illərə gedib çıxdığını göstərir. Liangzhu Çin sivilizasiyasının 5000 illik tarixinin sübutu olaraq Şərqi Asiyanın Neolitik şəhər ərazisi kimi Dünya İrsi siyahısında yer alır.

Tədbirdə qeyd olunub ki, şəhər hazırda ən qədim tarixə malik yaşayış məskəni kimi böyük turizm potensialına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə