YAP Nizami rayon təşkilatının gəncləri humanitar aksiyada iştirak edib

YAP Nizami rayon təşkilatının gəncləri humanitar aksiyada iştirak edib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı gənclər birliyinin üzvləri YAP-ın təşəbbüsü ilə həyata keçirilən "Aztəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq rayon ərazisində yaşayan şəhid ailələrinə, əlillərə və tənhalara sovqat paylayıblar.

Aksiya çərçivəsində gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan ailələrlə görüşüb və onların vəziyyəti ilə maraqlanıblar.

Gənclər, eyni zamanda, tənha yaşayanların ev işlərində də köməklik ediblər və təmizlik işləri görüblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının gəncləri tez-tez bu cür xeyriyyə tədbirləri keçirir, diqqət və qayğıya ehtiyacı olan insanlarla görüşür, onların problemləri ilə maraqlanır və lazımi dəstək verirlər.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə