YAP Suraxanı rayon gəncləri "Aztəminatlı ailələrə qayğı" aksiyasına qoşulub
Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı gənclər birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən "Aztəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq, rayon ərazisində yaşayan aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərmişlər.
Sosial layihə çərçivəsində gənclər rayonun müxtəlif qəsəbələrində yaşayan aztəminatlı ailələri müəyyənləşdirərək, onların evlərinə gedib, könüllü olaraq, topladıqları maliyyə hesabına yardım köçürmüşlər. YAP Suraxanı rayon təşkilatının fəal gəncləri evlərdə olarkən, ailələrlə səmimi ünsiyyət qurmuş və onların problemləri ilə yaxından tanış olmuşlar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı, ənənəvi olaraq, tez-tez bu cür xeyriyyə tədbirləri keçirir, diqqət və qayğıya ehtiyacı olan insanlarla görüşür, onların problemləri ilə maraqlanır və lazımi dəstək verirlər.
Aksiya zamanı ailələrdə olan bəzi uşaqlar nəzarətə götürülmüş, daha sonra rayon partiya təşkilatına dəvət olunmuş, onların tədris və asudə vaxtının səmərəli keçirilməsi üçün fikir mübadiləsi aparılmışdır. Nəticədə, qərara alınmışdır ki, seçilmiş bəzi uşaq və yeniyetmələr YAP Suraxanı rayon təşkilatının hesabına müxtəlif kurs və dərnəklərə cəlb olunsunlar.
Ailələr də, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və aksiyada könüllü olaraq, iştirak edən gənclərə bu nəcib, humanist və insanpərvər addımlarına görə, öz minnətdarlıqlarını bildirmişlər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB