Son illərdə Azərbaycanda aqrar sahənin inkişafı ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən tanınmış iş adamı, “Yaşıl çay" fermer təsərrüfatının və “Yaşıl çay” elmi publisistik jurnalının yaradıcısı və rəhbəri Araz Mirzəkişi oğlu Yağubov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə kollektivimiz adından Araz Mirzəkişi oğlu Yağubovu səmimi qəlbdən təbrik edir, ona can sağlığı, çətin və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Əlavə edək ki, 2018-ci ildə Araz Yağubov cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdü.
Bir daha təbrik edirik, Araz müəllim! Uğurlarınız bol olsun!
SİA-nın kollektivi

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB