ETSN-də Latviyanın səfiri ilə görüş keçirilib

ETSN-də Latviyanın səfiri ilə görüş keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Naziri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələr, ətraf mühit sahəsindəki mövcud əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb və ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Nazir səfir Yuris Maklakovsa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə