Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfəri keçib. SİA xəbər verir ki, iyunun sonlarında İrkutskda güclü yağış nəticəsində Anqara çayının 5 qolu daşıb, 96 yaşayış məntəqəsi su altında qalıb. Son məlumata görə, 21 nəfər həlak olub, 313 nəfər xəstəxanaya yerləşdirilib, daha 14 yerli sakin itkin düşüb.
Hazırda 15 yaşayış məntəqəsindən daşqın suları çəkilib. Regionda fövqəladə vəziyyət elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB