Qaradağ rayon gəncləri “Aztəminatlı ailələrə qayğı” aksiyasına qoşulublar
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasına qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə sovqat paylayıblar. Aksiyada iştirak edən YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri rayonun 7 qəsəbəsində - Ələt, Səngəçal, Sahil, Lokbatan, Qızıldaş, Puta və Qobustan qəsəbələrində tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış olublar.
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyindən bildirilib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.
Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.
Qeyd edək ki, gənclər Sahil qəsəbəsində yasayan rus ailəsinə, Əhmədova Lalə, Vera Yevremovna, Kərimova Lalə, Əliyev İlkin, Nəsibova Mahizər, Ağayev Bənövşə, Vahabova Hürzad, Quliyev Aslan, İsmixanova Tamara, Haciyeva Gile və digər 15 ailəyə baş çəkilib, onların ehtiyacları ilə maraqlanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB