Paytaxtınızda 20 il bundan əvvəl olmuşam. Ötən bu müddət ərzində Azərbaycanda şahidi olduğum bu inkişaf və quruculuq prosesləri məni heyran edir.
Bu fikri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Raymond Bondin deyib.
UNESKO-nun sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən qonaq bunu Azərbaycana verilən əhəmiyyətin bariz nümunəsi kimi dəyərləndirib: “Dövlətiniz tərəfindən milli mədəni irs abidələrinin mühafizəsinə xüsusi diqqət yetirilir. Buna misal olaraq İçərişəhər, Qız qalası, Şirvanşahlar Saray Komplekslərində aparılan bərpa işlərini qeyd etmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB