Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı - TƏDBİR
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, "Səs" qəzetinin Baş redaktoru və "Səs" İnformasiya Agentliyinin Baş direktoru Bəhruz Quliyev, BDU-nun Jurnalistika fakultəsinin müəllimi Cahangir Məmmədli, tarixçi alim Musa Qasımlı, "Olaylar" qəzetinin Baş redaktoru Yunus Oğuz, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, media qurumlarının rəhbərləri və ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, müsabiqənin təşkil edilməsində məqsəd Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunun geniş yaradıcı ictimaiyyyətin diqqətində saxlamaqla kütləviləşdirməkdən ibarətdir. Müsabiqənin 3 ay davam etdiyini deyən baş redaktor vurğulayıb ki, sentyabrın 6-dan başlayan proses dekabrın 31-də başa çatıb: "Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub və onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin şərtlərinə görə, yalnız vətənpərvərlik mövzusunda yazılan və KİV-də, habelə internet saytlarda çap olunan hekayələr, şeirlər, publisistik məqalələr qəbul olunaraq münsiflər heyətinə təqdim edilib. Münsiflər heyətinə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, xalq şairi Fikrət Qoca, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuiz, şair Fərqanə, yazıçı Mahirə Abdulla, "Azadinform" İA-nın baş redaktoru Niyaz Niftiyev, şair Dayandur Sevgin və mən daxil idim. Birinci yerə 1000 manat, II yerə 500 manat, III yerə isə 300 manat, bundan əlavə, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub. Ancaq müsabiqəyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alan münsiflər heyətinin hər biri 200 manat olmaqla əlavə 5 xüsusi mükafatın verilməsini qərara alıb".
Tədbirin davamında çıxış edən "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva vurğulayıb ki, vətənpərvərlik tarixən Azərbaycan millətinə, dövlətinə xas olan bir xüsusiyyətdir. Onun sözlərinə görə, bu gün vətənpərvərlik bizim üçün əsas sınağa çevrilməlidir: "Bu gün Azərbaycan müharibə şəraitdə yaşayır. Cənab prezidentin də dediyi kimi Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan torpaqlarını düşmən sülh yolu ilə vermədiyi halda ölkəmiz müharibə yolu ilə bu torpaqları azad edəcək. Bunun üçün də ölkədə daima qəhrəmanlıq, vətənpərvərlik təbliğ olunmalı, gənclərimiz bu əhval-ruhiyyədə böyüməlidirlər. Bu gün vətənpərvərlik əsas silah kimi qarşıya qoyulmalıdır. Vətənpərvərlik, qəhrəmanlıq o zaman ictimaiyyətdə öz töhvəsini verir ki, vətənin müdafiəsi uğrunda mübarizə aparan gənclərimiz bunu dərk edə bilir. Qəhrəmanlıq insanlarda dövlətçilik, millətçilik təfəkkürünün olması və buna sadiq qalınması deməkdir. Mübariz İbrahimov bugünki gənclər üçün bir məktəbdir. O, Azərbaycan gənclərinə əbədiliklə adi yaşayış tərzinin fərqini, əbədi cavan qalmağı öyrətdi".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə normal cəmiyyətdə baş verən olayların hər zaman mətbuat tərəfindən işıqlandırıldığını söyləyib. Onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, illər boyu təcavüzə məruz qalan xalq özü üçün başqa bir təbliğat yolunu seçir: "Bu da vətənpərvərlikdə öz əksini tapır. Mili Qəhrəman Mübariz İbrahimovun göstərdiyi şücaət hər bir gənc üçün örnəkdir. Vətənpərvərlik missiyası hər bir mətbuat orqanının, jurnalistlərin əsas amalı olmalıdır".
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışnda qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimov həlak olan gündən mövzu gündəlik olaraq işırlandırılıb və gələcəkdə də gündəmdə olacaq. Vətənpərliiyin çox geniş mövzu oldunu deyən V.Səfərli qeyd edib ki, bütün bunlar gənclərin vətənpərvər ruhda böyüməsi üçün mühüm yol göstərir.
Tədbirin davamında çıxış edənlər belə bir müsabiqənin keçirilməsini yüksək qiymələndirib və Mübariz İbrahimov haqqında təəssüratlarını bölüşüblər. Tədbirin sonunda müsabiqədə qalib gələnlərə mükafatlar təqdim olunub. Qeyd edək ki, mükafat alanlar sırasında "Səs" qəzetinin baş redaktorunun müavini Valeh Məhərrəmli də olub. O, "Hünər" poeması ilə II yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB