"Belarusun paytaxtı Minskdə II Avropa Oyunları başa çatmışdır. Oyunlarda Avropanın 50 ölkəsindən 4 min idmançı medallar uğrunda mübarizə aparmışdır. Ölkəmizi bu yarışlarda 76 idmançı təmsil etmişdir. Azərbaycan idmançıları bu yarışlarda ümumilikdə 28 medal qazanmışdır. Ümumi medalların sayına görə ölkəmiz 6-cı, medalların saylarına görə isə 10-cu yeri tutmuşdur. Bu avropanın 50 ölkəsi içərisində uğurlu nəticədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan güləşçilərinin uğuru daha böyük olub: "Sərbəst güləşçilərimiz 2 qızıl, bir gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci olmuşlar. Bu böyük naliyyətdir. Ümumilikdə Azərbaycan idmançıları II Avropa Oyunlarında uğurla çıxış etmişlər. İdmançılarımızın əldə etdikləri nəticələr göstərir ki ölkəmizdə idmana diqqət və qayğı yüksək səviyyədədir və Azərbaycanda idmanın uğurlu inkişafı davam edir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu sahənin inkişafına xüsusi diqqət göstərir.
İkinci Avropa Oyunlarında əldə olunan nəticələrə görə idmançılarımızı və məşqçi heyyətini təbrik edir onlara gələcək yarışlarda uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB