İyulun 2-də keçirilmiş tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
SİA-nın xəbərinə görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini özündə əks etdirən guşələrə baxışdan sonra tədbir Daşkəsən Rayon Polis Şöbəsində davam etdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev giriş sözü ilə tədbiri açaraq peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi daimi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, Azərbaycan polisi Vətənə, xalqa və torpaqlarımızın müdafiəsi uğrunda ləyaqətlə xidmət edib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb dövlətin əsas güclü dayaqlarından birinə çevrilib.
Rayon rəhbəri bir daha da 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər naziri Vilayət Eyvazovu və Daşkəsən Rayon Polis Şöbəsinin bütün şəxsi heyətini, veteranları təbrik edib, onlara möhkəm can sağlığı, xoşbəxtlik və bu şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb.
Çıxış edən Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov əvvəlcə Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu polis şöbəsinin şəxsi heyətinə oxuyub, sonra Azərbaycan polisinin yaranması və inkişaf tarixi haqqında danışıb.
Polis rəisi polkovnik Vəfadar Orucov “Vətən uğrunda” medalı ilə təltif edilməsinə və ona göstərilən böyük etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident cənab İlham Əliyevə daim sadiqdirlər, onlar ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirin sonunda polis əməkdaşlarına və veteranlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB