Ermənistanda narkotik qaçaqmalçılığı artmaqdadır

Ermənistanda narkotik qaçaqmalçılığı artmaqdadır

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində narkotik qaçaqmalçısını saxlayıblar. SİA Ermənistana məxsus aysor.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, ötən həftənin sonlarında Rusiya Federasiyası Sərhəd Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Syunik vilayətinin “Arapak” buraxılış məntəqəsində Ermənistan ərazisinə keçməyə cəhd edilən qaçaqmalçılığın qarşısı alınıb.

Məlumatda deyilir ki, sərhəd nəzarəti prosesində İran İslam Respublikasından keçən Ermənistan vətəndaşının üzərindən baxış zamanı sallofan bükülüdə ağ kristallik görünüşlü əşya, 190 qram çəkidə “metamfetamin” aşkarlanıb.

Hazırda cinayətin bütün hallarını müəyyənləşdirmək üçün bir sıra tədbirlər görülür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə