6 ayda 649 terrorçu məhv edilib Türkiyədə

6 ayda 649 terrorçu məhv edilib Türkiyədə

Türkiyədə bu ilin 6 ayı ərzində həyata keçirilən əməliyyatlarda 649 terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirinin müavini İsmayıl Çataklı məlumat verib. O, bildirib ki, iyun ayındakı əməliyyatlarda 166 terrorçu zərərsizləşdirilib.

Nazir müavini, həmçinin qeyd edib ki, terrorçularla əlaqədə olan və onlara yardım edən 381 nəfər isə həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə