"ASAN Viza"dan turistlərlə zarafat: Bura Azərbaycan deyil, Hindistandır- VİDEO
1 iyul - Beynəlxalq Zarafat Günü münasibətilə "ASAN Viza" hava limanına gələn turistlərlə kiçik zarafat edib. Belə ki, öncədən hava limanında “Hindistana xoş gəlmisiniz” şüarı altında böyük banner quraşdırılıb, bannerdə Dehlinin gəzməli yerləri və Hindistanın İndira Qandi Beynəlxalq Hava Limanından həmin yerlərə olan məsafə göstərilib.
Xəbər verilir ki, hindistanlı xanımlar və bəy isə turistləri həmin yerdə salamlayaraq onları hind mətbəxinə məxsus xüsusi təamlara qonaq edib. Bu mənzərə bir çox turistlərdə çaşqınlıq yaradıb, bəziləri isə həqiqətən səhv istiqamətdə uçduğuna, Azərbaycana deyil, Hindistana gəldiyinə inanıb.
Həmin videonu sizə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB