Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Mahmudavar kəndində keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, səyyar görüş-qəbulda 150-ə yaxın kənd sakini iştirak edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.
Ərazi sakinlərindən Ruslan Şahbazov, Aydın Qənbərov, Zaur Əliyev, Əbülfəz Səfərov, Namiq Məmmədov, Nüşabə Cəbiyeva, Seylan Səmədov, Əlövsət Şükürov, respublikanın Əməkdar müəllimi Musarza Mirzəyev, Sara Fərəcova, İsmayıl Həsənov, Güləli Hacıyev, Cəbrayıl Sadıqov, Xədicə Hacıyeva, Etibar Hüseynov və Faiq Rəsulov kənd və şəxsi məsələrlə bağlı xahiş və təklifləri gündəmə gətiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB