Dünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır. Normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.
Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.
Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.
Kəllə beyin zədələnməsi – Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxuması zədələnə bilər. Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.
Xəstələrdə süstük, skelet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.
Həyatı orqanlar risk altında – Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.
Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.
Epilepsiya təhlükəsi – Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir. Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.
Ginekoloq məsləhəti – Doğuş zədələnməsi əsasən dölün böyük, ananın çanağının dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.
Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.
Sağrı gəlişi – (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.
Rəna Kazımova
Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Hər gün bir saat yarım idman etmək məsləhət görülür...
Səhiyyə 21:14Yaddaşı məhv edir...
Səhiyyə 21:05Dünyanın çay sistemi boğulur...
Dünya 20:43Skoda büdcəli elektrik avtomobilini təqdim etdi...
Texnologiya 20:13Geri dönməz beyin zədələnməsi...
Səhiyyə 20:05Sağlamlıq sirri...
Səhiyyə 19:34Ölümün əsas səbəbi...
Səhiyyə 19:14Putinin Si Cinpinə fəlakətli səfəri "Qazprom"u xaosa salıb...
İqtisadiyyat 18:15Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 16:59Koreya Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 16:56Avstraliya lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 16:49Bəzi rayonlara dolu düş
Hadisə 16:47Hobbi seçimini necə edək? - PSİXOLOQ AÇIQLADI
Sosial 16:46"Bakı və Tbilisi arasında əməkdaşlıq güclənir" - MÖVQE
Siyasət 16:42Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı açıqlanıb
İqtisadiyyat 16:23Xaricdən gətirilən ətlər bahalaşıb: səbəb nədir?
İqtisadiyyat 16:16“Arka Sokaklar” ekranlarla vidalaşır
Şou-Biznes 15:38Rusiya yeni cəbhə açır?
Dünya 15:36Hantavirus
Səhiyyə 14:43Emmanuel Makron İlham Əliyevə zəng edib
Siyasət 14:19Jurnalistlər üçün plantasiyasına mediatur təşkil olunub
İqtisadiyyat 13:09AAYDA: Bakıda yeni avtomobil yolu ilə bağlı işlərin 50 %-i yerinə yetirilib
İqtisadiyyat 13:04Sabah Azərbaycanda 24 dərəcə isti olacaq
Sosial 13:03Rusiya ehtiyat qızılını satır
Dünya 13:02Putinin Çində “suya düşən” ümidləri - RAKURS
Siyasət 12:52Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9717
-0,33%
-
GBP
2,2767
-0,11%
-
RUB
2,3884
+2,09%



