1 yanvar 2011-ci ilə olan vəziyyətə əsasən ölkədə işsizliyin səviyyəsi 5,9% təşkil edib

"Ölkədə işsizliyin səviyyəsi 2008-ci ildə 6,4%, 2009-cu ildə 6% olub. 1 yanvar 2011-ci ilə olan vəziyyətdə isə işsizliyin səviyyəsi 5,9% təşkil edib". Bu barədə SİA-ya Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli məlumat verib. O bildirib ki, əhalinin məşğulluğunun gücləndirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan gənclərin, təqaüdçülərin, əlillərin, natamam iş günü və natamam iş həftəsi əsasında işləyənlərin, xüsusilə qadınların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə mühüm işlər görülür.

A.Bədlbəylinin sözlərinə görə, onların boş vaxtları ərzində əlavə qazanc əldə etmək, müvəqqəti xarakterli, o cümlədən birdəfəlik, qısa müddətli, mövsümü işlərlə təmin edilməsində köməklik göstərilməsi məqsədi ilə respublikanın Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində "Əmək Birjaları" yaradılıb. İdarə rəisi qeyd edib ki, 2010-cu il ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları" tərəfindən 3845 nəfər işsiz vətəndaş, o cümlədən 2211 nəfər qadın, 1685 nəfər gənc, 155 nəfər qaçqın və məcburi köçkün, 31 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə